ABŞ-nin hazırkı lideri Co Bayden vətəni Delaver ştatında prezident seçkilərində erkən səs verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Associated Press”in məlumatına görə isə, Bayden vitse-prezident, Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harrisə səs verməzdən əvvəl təxminən 40 dəqiqə növbədə dayanıb.