Bayden son anda ailə üzvlərini əfv etdi - Foto

bayden-son-anda-aile-uzvlerini-efv-etdi
Oxunma sayı: 9431

Co Bayden ABŞ prezidentliyinin son saatlarında ailə üzvlərini əfv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat dərc edilib.

Bayden qardaşı Ceymslə onun həyat yoldaşı Saranı, bacısı Valeri və əri Con T.Ouensi, həmçinin qardaşı Frensisi əfv etdiyini bildirib.

“Mənim ailəm davamlı hücumlara və təhdidlərə məruz qalır, bu, sırf mənə zərər vermək istəyi ilə əsaslandırılır. Təəssüf ki, bu hücumların dayanacağına inanmaq üçün heç bir əsasım yoxdur”, - Bayden deyib.