“Bayer” - “Qarabağ” matçına getmək istəyənlərin nəzərinə!

bayer-qarabag-matcina-getmek-isteyenlerin-nezerine
Oxunma sayı: 4429

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” matçında komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (1790 ədəd) bu gün saat 22:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Məlumata görə, biletin qiyməti 31 manat təşkil edir.

Qeyd edək ki, qarşılaşma martın 14-ü “BayArena”da keçiriləcək.