“Bayer”dən “Qarabağ”la bağlı paylaşım - Foto

bayerden-qarabagla-bagli-paylasim
Oxunma sayı: 9149

Xəbər verdiyimiz kimi, bu gün UEFA Avropa Liqasında 1/8 finala yekun vurulub. Almaniyada Bundesliqanın lideri “Bayer”in qonağı olan “Qarabağ” 3:2 hesabı ilə məğlub olub.

“Qafqazinfo” xəbər verir ki, görüşdən sonra “Bayer” sosial media hesabında Ağdam təmsilçisi ilə bağlı paylaşım edib.

Həmin paylaşımı, - “Komandanıza böyük hörmət edirik! Bizə 4 gözəl oyun yaşatdınız, amma xahiş edirik, bunu bir daha etməyin!”, - şərhi ilə izləyiciləri ilə bölüşüblər.