Bayram günlərində 56 nəfər zəhərlənib - Ölən var

bayram-gunlerinde-56-nefer-zeherlenib
Oxunma sayı: 1719

Bayram günlərində (31.12.2023-05.01.2024) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 56 müraciət daxil olub.

KTM-dən “Qafqazinfo”ya verilən məlumata görə, müraciət edənlərdən 37-si alkoqol, 11-i dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 1-i botulizm, 1-i isə pestisiddən zəhərlənib.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Həkimlərin səylərinə baxmayaraq 1 nəfər qadın pestisid zəhərlənməsindən ölüb.

Hazırda 15 nəfərin müalicəsi mərkəzdə davam etdirilir, digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıblar.