Bayram namazı bu saatlarda qılınacaq - Adambaşına 15 manat fitrə

bayram-namazi-bu-saatlarda-qilinacaq
Oxunma sayı: 4175

Ramazan bayramı 20 marta təsadüf edəcək.

Bu barədə “Qafqazinfo”ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli bildirib.

S.Məmmədli həmçinin fitrə zəkatının tövsiyə edilən məbləğini də açıqlayıb.

“Fitrə zəkatı adambaşına 15 manat tövsiyə olunur. Ümumiyyətlə, fitrə zəkatı 3 kq buğda, 3 kq kişmiş, 3 kq xurma və un məmulatları şəklində də verilə bilər. Amma ümumi halda fitrə zəkatının məbləği minimum 15 manat nəzərdə tutulur”.

QMİ nümayəndəsi Bakı məscidlərində bayram namazlarının 08:00-09:00 arasında qılınacağını da diqqətə çatdırıb.