Bayramov Koşerbayevlə danışdı

bayramov-koserbayevle-danisdi
Oxunma sayı: 318

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Qazaxıstanın sabiq xarici işlər naziri Yermek Koşerbayev arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Ceyhun Bayramov Yermek Koşerbayevə fəaliyyəti dövründə Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına və ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü ifadə edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalar çərçivəsində bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik bildirilib.