Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü başlayıb.
Bu barədə “Qafqazinfo”ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
Görüş ABŞ-nin Arlington şəhərində keçirilir.
Həmçinin, tərəflərin ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü də gözlənilir.
Qeyd edək ki, 1 və 2 may tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub.
***
Görüş başa çatıb.
Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.
Hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
Son xəbərlər
Son Xəbərlər