Azərbaycanın Türkmənistanla anlaşmasının detalları

azerbaycanin-turkmenistanla-anlasmasinin-detallari
Oxunma sayı: 679

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Almaniyanın “Deutsche Welle” nəşri Türkmənistan hökumətindəki mənbəsinə istinadən məlumat verib. Nəşr bildirir ki, Transxəzər qaz kəməri ilə bağlı danışıqlar artıq aparılır və Bakı ilə Aşqabad arasında prinsipial razılıq artıq əldə edilib. Məlumata görə, yüksək vəzifəli məmur bildirib ki, indiyə qədər Xəzərin statusu məsələsi problem olaraq qalır ki, bununla da Rusiya da AB, Bakı və Aşqabadın planlarına mane olmaq üçün bundan istifadə edir.

Aİ komissiyası energetika direktorluğunun rəhbəri Jan Arnold Vinua konfransda energetika üzrə avrokomissar Günter Ottingerin tapşırığı ilə çıxış edərək bildirib ki, Türkmənistan Aİ-nin enerji daşıyıcılarının diversifikasiyasında mühüm rol oynaya bilər və Aşqabadın "Cənub qaz dəhlizi" layihəsində avropalıların Türkmənistandan qazı sabit yüksək qiymətə almağa hazır olduğunu qeyd edib. Vinua Türkmənistanı qərar qəbul etməyə tələsməyə çağırıb, çünki digər oyunçular - İraq, Rusiya və İranın bu məsələdə gecikməyəcəyinə diqqət çəkib. .

Həmçinin dənizin dibi ilə Bakı ilə Türkmənbaşını birləşdirəcək 300 km uzunluğunda qaz kəmərinin çəkilişindən də bəhs edilib.

Berlin konfransında "Cənub qaz dəhlizi" layihəsinin lehinə Almaniyanın RWE energetika konsernində Xəzər, Mərkəzi Asiya və Rusiya regionlarını kurasiya edən tədarük üzrə direktor Folfqanq Peters bildirib ki, Azərbaycan və Türkmənistan təmsilçiləri Avrokomissiyanın iştirakı ilə hökumətlərarası saziş hazırlanmalı və imzalanmalıdır. Bu sazişin üstünlüyü ondadır ki, Transxəzər qaz kəmərinin çəkilişi üçün beynəlxalq hüquqi əsas yarada bilər. Aİ komissiyası hamilik funksiyasını öz üzərinə götürə bilər, nəticə etibarı ilə qaz Aİ ölkələrinə çatacaq. "Bu, bir tərəfdən qaz tədarükünün diversifikasiyasına səbəb olacaq, Avropanın enerji təhlükəsizliyini artıracaq. Digər tərəfdən Türkmənisana imkan verəcək ki, çox cəlbedici və perspektivli Avropa bazarına çıxmaqla ixracını təmin edəcək."

Səidə