“Bədxəssəli şişlərin əmələ gəlməsində trans yağlar əsas amildir”

bedxesseli-sislerin-emele-gelmesinde-trans-yaglar-esas-amildir
Oxunma sayı: 3279

“Bədxəssəli şişlərin əmələ gəlməsində trans yağlar əsas amildir və bu, təsdiq olunub”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib. 

Komitə sədrinin sözlərinə görə, bədxassəli şişlərin əmələ gəlməsində tək qidaların istehsalı yox, emalı da böyük əhəmiyyət daşıyır: “Sağlam qida istehsal olunsa da, o, düzgün emal edilmirsə insan orqanizmi üçün son dərəcə təhlükəli hala çevrilir. Konservləşdirilmiş qidalar, hisə verilmiş ət və balıq, həddindən çox heyvani piylər bədxassəli şişlərin əmələ gəlməsində əsas səbəb kimi elmi tədqiqat baxımından təsdiq olunub və bu, inkar edilə bilməz”.

Ə.Əmiraslanov əlavə edib ki, insan sayının artmasına görə GMO məhsullarının qida məhsullarının tərkibində olması qaçılmazdır: “Sadəcə bu məsələyə nəzarət güclü olmalıdır”.

Zaur Mirzə