Devid və Viktroiya Bekhemlərin oğlu Bruklin Bekhem milyarder Nelson Peltzin qızı Nikola Peltzlə ailə həyatı qurub.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, toy mərasimi aprelin 9-da gəlinin Palm-Biçdə (Florida) yerləşən ailə malikanəsində baş tutub.
Peltz “Valentino”dan gəlinlik geyinib. Libası İtaliya moda evinin direktoru Pyerpaolo Piççolo xüsusi olaraq onun üçün hazırlanıb. Gəlinliyin qiyməti 255 000 AZN-dir.
Şadlığın musiqi hissəsi reper Snup Doqqa həvələ olunub. Bəyin atası Devid Bekhemin dostu olan Doq diceyliyi pulsuz edib. Bu, onun gənc ailəyə hədiyyəsi olub.
Yeməkləri Mayamidən olan tanınmış aşpaz Tyerri İsambert hazırlayıb.
Mərasimdə bir çox tanınmış sima iştirak edib.
Qeyd edək ki, Bruklin və Nikola 2020-ci ilin iyulunda bir neçə aylıq münasibətdən sonra nişanlanıb. Onlar daha tez ailə qurmağı planlaşdırırdı, lakin bu, koronavirus pandemiyası səbəbindən mümkün olmamışdı. Cütlük evlənməmişdən əvvəl nikah müqaviləsi də bağlayıb.














Son xəbərlər
Son Xəbərlər