“Bel bölgəsi MRT-si və müayinənin qiymətini yarıbayarı etdik” - Kampaniya başladı

bel-bolgesi-mrt-si-ve-muayinenin-qiymetini-yaribayari-etdik
Oxunma sayı: 11008

“Caspian İnternational Hospital”ın həkimi, neyrocərrah Uzm.Dr. Fəzail Kərimov müsahibə verib.

F. Kərimov 2023-cü ildə “İstanbul Eğitim və Araştırma Xəstəxanasının Beyin və Sinir Cərrahiyyəsi” şöbəsində uzmanlıq təhsilini bitirmə imtahanını müvəffəqiyyətlə verərək “Beyin və Sinir Cərrahiyyəsi Uzmanı” adını alıb. Elə həmin il Vətənə dönərək Caspian International Hospitalda fəaliyyətə başlayıb.

“Qafqazinfo” həkimin sözügedən müsahibəsini təqdim edir:

- Fəzail həkim, hər vaxtınız xeyir. “Caspian Hospital”da bel ağrıları ilə bağlı kampaniya elan edildiyini öyrəndik. Həm kampaniya, həm də bel ağrıları haqda birbaşa özünüzdən məlumat almaq istədik. İstərdik terminlərsiz, sadə insanların anlayacağı dildə izah verəsiniz, bel ağrıları nədən qaynaqlanır?

- Bel ağrısı cəmiyyətimizin ən çox rastlaşdığı ağrılardan biridir. Statistikaya görə, insanların ən az 95%-i həyatında bir dəfə də olsun bel ağrısı yaşayır. ÜST-nin məlumatına görə, bel ağrısı qrip virus infeksiyasından sonra ən çox rastlanan problemdir. Bel ağrısı, əslində, xəstəlik deyil, hər hansı xəstəliyin simptomudur. Bel ağrısını yaradan patologiyalar isə çox fərqlidir. Tək onurğamənşəli deyil, uroloji, revmatik patologiyalar da bel ağrısının çox rastlaşdığımız səbəblərindəndir. Mən həkim neyrocərrah olaraq onurğamənşəli olan, cərrahi müdaxilə ehtiyacı olan bel ağrısı patologiyaları ilə məşğul oluram. Müayinəmizdə bel ağrısının onurğa mənşəli olmadığını gördükdə digər bölüm həkiminə yönləndiririk.

- Elan edilən kampaniya ilə bağlı nələri demək istərdiniz? Kampaniyanın şərtləri nədən ibarətdir, beli ağrıyan insanlara nə təkliflər edirsiniz?

- Hal-hazırda bel ağrısının bu qədər yayqın problem olduğunu nəzərə alıb, bel ağrısı olan xəstələr həkimə müraciət edəndə maddi problemlər və vaxt itkisi yaşamasın deyə, Caspian International Hospital olaraq bu kampaniyaya start vermişik. Kampaniya müddətində mənim müayinəm və bel bölgəsi MRT-sinin birlikdə qiymətini yarıbayarı azaldaraq 200 manatdan 100 manata endirdik. Kampaniyadan istifadə etmək istəyənlər öncədən əlaqə saxlayaraq MRT və müayinə üçün vaxt ala bilirlər. Bunun nəticəsində də növbə gözləməyə ehtiyac qalmayacaq. Bundan başqa, bel yırtığı səbəbi ilə cərrahi əməliyyat ehtiyacı olan şəxslərə bu kampaniya daxilində endirimimiz var. Belə ki, bel yırtığı əməliyyatına 25% endirim tətbiq edərək qiyməti 1600 manatdan 1200 manata endirdik.

- Bizim bel ağrısı ilə bağlı ən çox eşitdiyimiz söz “qrija”sözüdür. Bu sözün tam açıqlamasını necə verərdiniz? “Qrija”nın ən çox yaranma səbəbi nədir? 

- Bəli, bel ağrısının ən çox qarşılaşdığımız səbəbi onurğamənşəli problemlərdir. El arasında geniş yayılan, rusmənşəli “qrija” sözü isə bel yırtığı xəstəliyidir. Mən öz Ana dilimizdə səslənməsini daha çox istədiyim üçün “qrija” yox, “bel yırtığı” deyilməsinin tərəfdarıyam. Bel yırtığı bel fəqərələri arasındakı qığırdaq toxumasının hər hansı səbəbdən yerdəyişməsi və bu səbəblə onurğa beyninin və ondan çıxan sinir köklərinin basqıya məruz qalmasıdır. Tibbi baxımdan bu yerdəyişmə 4 mərhələ olaraq qarşımıza çıxır. Daha çox 3 və 4-cü mərhələlər, yəni ekstrüdə və sekvestrə olmuş disk yırtığında cərrahi əməliyyata ehtiyac duyulur.

1 və 2-ci mərhələlərdə dərman müalicəsi və fizioterapiya prosedurları ilə müalicələr fayda verir.

Bel yırtığının ən çox rast gəlinən səbəblərinə gəldikdə isə bunlar - artıq çəki, yəni obezite, ağır fiziki işlərdə işləmək, uzunmüddətli hərəkətsizlik, oturaq iş rejimi, uzun müddət ayaq üstə durmaq və s. ola bilər. O cümlədən, onurğanın anadangəlmə və ya yaşla bağlı əyilmələri-deformasiyaları da ola bilər.

- Bel ağrıları deyəndə əvəllər daha çox yaşlı adamlar ağıla gəlirdi. Son illərin müşahidələri onu deməyə əsas verir ki, bu xəstəlik xeyli “gəncləşib”. İndi gənclərin də çoxu bel ağrılarından şikayətlənir. Ümumiyyətlə, bel ağrıları üçün bir yaş həddi deyə bilərikmi? Bel ağrıları hansı yaşda adamlar üçün daha təhlükəlidir?

- Bəli, günümüzdə bel ağrı şikayəti ilə müraciət edən xəstələr arasında gənclərin ciddi dərəcədə artdığı müşahidə olunur. Bunun başlıca səbəbi olaraq onurğa sağlamlığımıza düzgün diqqət etmədiyimizi düşünürəm. Əsasən iş rejiminin uzun müddət oturaq şəraitdə olması, ağır fiziki yüklənmə, idman hərəkətləri ilə aktiv olaraq məşğul olmamaq kimi səbəblərə bağlı olduğunu düşünürəm. Hər hansı yaş həddi olduğunu deyə bilmərik, amma daha çox orta yaşlı və yaşlılarda rast gəlmək olur. Yaşlılarda bu xəstəliyin fəqərəarası diskin su və mineral maddələrini itirməsinə və buna bağlı olaraq fəqərəarası diskdə degenerasiya dediyimiz prosesə bağlı olduğunu düşünürük.

- Bel ağrılarından şikayət edənlərin hansı hissəsinin həkimə müraciət etməsi ilə bağlı statistika varmı? Bilirik ki, insanların böyük bir hissəsi bu ağrıları həkim məsləhəti olmadan, müxtəlif üsullarla bitirmək istəyir. İnsanlar başqa xəstəliklərlə müqayisədə niyə bel ağrısı ilə bağlı həkimdən məsləhət almaq istəmirlər? Nədir insanları çəkindirən, maddi cəhətdən çox məbləğ lazım olacağını düşünürlərmi, yoxsa müxtəlif aparatlardan keçməli olduqlarını düşünüb vaxtla bağlı problem yaşayırlar?

- Bel ağrısı olan xəstələrin həkimə müraciət etdiyi qədər, hətta daha çox “ara həkim” dediyimiz şəxslərə müraciət etdiyi hamımıza məlumdur. Burada daha çox rol oynayan faktorun qonşudan-qohumdan eşidilənlər, “ara söhbətləri” olduğunu düşünürəm. Bu “ara həkimləri” olaraq adlandırdığımız şəxslərin heç bir tibbi təhsili yoxdur və onların tətbiq etdiyi prosedurlar daha da pis nəticələrə səbəb olan ağırlaşmalara yol aça bilər. Məncə, həkimə müraciətin daha çox maddiyata səbəb ola biləcəyini düşündüklərinə görə ola bilər. Üstəlik, sizin də qeyd etdiyiniz kimi, aparatlarla, xüsusən də bel ağrılarında ən çox lazım olan MRT çəkilişləri ilə bağlı uzun növbələrin olduğu, bu prosesin ciddi vaxt itkisinə başa gəldiyi sirr deyil. Yuxarıda da dediyim kimi, biz “Bel ağrıları” kampaniyasında həm maddi cəhətdən, həm də zaman cəhətdən qənaəti düşünmüşük.

-  Bel ağrısından əziyyət çəkən insanlar müraciət edəcəkləri həkimin neyrocərrah olduğunu öyrənirlər. Bəlkə adamları qorxudan bu sözdəki “cərrah” hissəsidir? Həkimin tək çarə olaraq əməliyyat yolunu seçəcəyindən qorxurlar? Bel ağrılarının müalicə ilə həlli yolu nə qədər realdır? Sizin müalicəyə daha çox üstünlük verdiyiniz bilirik, bəs hansı halda əməliyyatın qaçılmaz olduğunu düşünürsünüz?

- Bəli, təəssüf hissi ilə deyə bilərəm ki, cəmiyyətimizdə ciddi bir “cərrah fobiyası” yaranıb. “Mən cərraha müraciət etsəm, mütləq əməliyyat edəcək” düşüncəsi bütün cəmiyyətə hakim kəsilib. Bunun səbəbi bəlkə elə biz həkimlərik...

Cərrahi əməliyyatın səbəb ola biləcəyi ağırlaşmaları proqnoz edə bilən cərrahın ancaq və ancaq zəruri ehtiyac olduqda əməliyyat tövsiyə edə biləcəyini düşünürəm. Mən özüm bel ağrısının səbəbini tam araşdırıb bu səbəbin bütün növ müalicə tədbirləri ilə həll olunmayacağına əmin olduğum halda əməliyyat qərarı verirəm. Hətta bəzən olur ki, bu problemin cərrahi əməliyyata göstərişi var, amma xəstənin başqa yanaşı xəstəliklərinə bağlı olaraq əməliyyata əks göstərişlər ola bilər. Məsələn, ciddidərəcəli ürək və beyin qan dövranı problemləri, ağciyər mənşəli patologiyalar ola bilər ki, bu zaman bel ağrısı keçsə də xəstənin həyatı üçün təhlükə yaranar. O zaman əməliyyat etmirəm. Yəni etdiyimiz əməliyyatın xəstəyə nə qədər fayda və zərər verəcəyini düşünmək ən önəmli nöqtədir.