Belarusda 3 Rusiya telekanalının yayımı dayandırılacaq

belarusda-3-rusiya-telekanalinin-yayimi-dayandirilacaq
Oxunma sayı: 1986

Belarusda Rusiyanın “KİNOMİKS”, “Telekanal KXL” və “Russkaya noç” telekanallarının yayımı dayandırılacaq.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın İnformasiya Nazirliyi bildirib.

Qeyd edilir ki, qərar kütləvi informasiya vasitələrinin yeni yayım dövrünə icazə almaq üçün təqdim etdiyi materiallarda “Reklam haqqında” qanunun pozulması ilə bağlıdır.

Nazirlikdən bildiriblər ki, “Russkaya noç” telekanalı yeni icazənin alınması ilə bağlı heç müraciət də etməyib.

Məlumatda bildirilir ki, xarici KİV öz məhsullarını üç il müddətinə yaymaq üçün icazə alır.