Belçikada uzun müddətdən sonra ilk yaşandı

belcikada-uzun-muddetden-sonra-ilk-yasandi
Oxunma sayı: 2919

Bu gün Belçikada martın 10-dan etibarən ilk dəfədir ki, koronavirusdan ölüm halı qeydə alınmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belçikanın Sciensano Xalq Sağlamlığı Milli İnstitutu açıqlama yayıb. Bildirilir ki, ötən gün ərzində 95 yeni yoluxma faktının qeydə alınması ilə yoluxanların sayı 62 781-ə çatıb. Bu günə qədər xəstəlik səbəbindən həyatını itirmiş insanların sayı isə 9 787 nəfər təşkil edir.

Qeyd edək ki, 11,5 milyon əhalisi olan Belçika San Marinodan sonra koronavirusdan ölüm nisbətinin ən çox olduğu ölkədir.