Nəyi deyə bilmirik
Bernard Şou, yaşadığı ölkədə azadlığın olmamasından həmişə gileylənər, “belə dövlət dağılsa yaxşıdır” deyərmiş. İş elə gətirir ki, məclislərin birində bir məmur ondan soruşur:
– Sən həmişə vətənimizdə azadlıq yoxdur deyə aləmə car çəkirsən, əgər ölkəmizdə azadlıq olmasaydı, sən “belə dövlət dağılsa yaxşıdır” deyə bilərdinmi? Axı dediklərinizlə həqiqət üst-üstə düşmür? – Şou məmura belə cavab verir:
– Siz mənim nələri aşkar deyə bildiyimi bilirsiniz. Bəs nələri də deyə bilmədiyimdən xəbəriniz varmı?
Bir tərəf
Siqaret aludəçisi olan Rəşad Nuri Güntəkinə həkim deyir:
– Ta bundan belə siqaret çəkmə.
– Axı siqaret mənə xeyirdir, iştahamı azaldır, kökəlməyimin qarşısını alır – yazıçı etiraz edir.
Həkim fikrini izah eləyir:
– Siqaret bir tərəfdən xeyirdirsə, o biri tərəfdən ziyandı.
Yazıçı gülə-gülə dillənir:
– Narahat olma, ay həkim, mən onsuz da siqareti bir tərəfdən çəkirəm.
Dilənçi və Turgenev
Böyük rus yazıçısı Turgenev soyuq bir qış axşamında evinə gəlirmiş. Yolda bir dilənçi ondan pul istəyir. Bütün ciblərinə ələk-fələk edən Turgenev pul tapa bilmir. Sonra o ona uzadılan soyuq əllərini cibindən çıxardığı isti əllərinin arasına alara deyir: “Bağışla, sənə verməyə heç nəyim yoxdu”.
Yəhya Kamal
Yəhya Kamal onun əleyhinə yazılan yazılara qarşı dözüm nümayiş etdirə bilməzmiş. Bir dəfə də haqqında mənasız tənqidi yazı dərc olunanda qanı qaralır. Dostu onu sakitləşdirir:
– Ustad, vecinizə də almayın bunlar xırda məsələlərdi. – Y.Kamal ona belə cavab verir:
– Düz deyirsən, amma insanı narahat edən də belə xırda məsələlərdir. Sən böyük bir dağın zirvəsinə çıxıb otura bilərsən, amma iynə üstündə otura bilərsənmi?
Şeir
Çətir düzəldən bir usta fikirlərini öyrənmək üçün Şekspirə şeirlərini göndərir. Şekspir şeirləri oxuyur və cavab yazır:
– Usta, siz ancaq çətir düzəldin, ömrünüz uzunu ancaq çətir düzəldin, yalnız və yalnız çətir düzəldin...
Əbədi həyat
Viktor Hüqoya dostları “Qoca vaxtında niyə özünü bu qədər yorursan?” – deyə sual edəndə o belə cavab verərmiş:
– Bəs deyincə dincəlmək üçün məni əbədi həyat gözləyir.
Əhsən
Gənc şair biabırçı şeirlərini Viktor Hüqoya oxuyandan sonra soruşur:
– Ustad, necə şeirlərdi, bəyəndinizmi?
Hüqo gənc şairin sualını cavabsız qoymur:
– Vəznsiz, qafiyəsiz və mənasız bir şey yazmaq istəmisən, istəyinə də lazımınca nail olmusan. Əhsən sənə!
Xoşbəxtlik
Tolstoydan soruşurlar:
– Xoşbəxtliyinizin sirri nədədir?
Yazıçı deyir:
– Olanlara şükür edirəm, olmayanlarısa dərd eləmirəm.
Baqinin gələcəyi
Böyük divan şairi Baqiyə sual edirlər:
– Gələcəyi bilmək istəyirsənmi? – o belə cavab verir:
– Xeyr, çünki gələcəyin keçmişdən heç bir fərqi yoxdur.
Suyu yu
– Süleyman Nazif və Abdülhaq Şinasi yemək yeyəndə Şinası ofisiantı çağırıb su istəyir. Şinasinin kirdən və mikrobdan iyrəndiyini, hər şeyi təmizləyib yediyini bilən Süleyman Nazıf ofisianta tapşırır:
– Oğlum, bunun suyunu yu gətir.
Tərcümə edən: Fərid Hüseyn
Son xəbərlər
Son Xəbərlər