Son illərin vətənpərvərlik, Qarabağ müharibəsi haqqında çəkilən filmləri arasında “Dolu” ekran əsərinin xüsusi yeri var. Yəqin ki,çoxunun filmi izləmək imkanı olub. Film tamaşaçını təsirləndirəcək gücə malikdir desəm, mənimlə razılaşarsız. Təəssüf ki, belə filmlər cəbhə bölgəsində gərginlik artan kimi ekrana çıxa bilir. Yazıçı Aqil Abbasın eyniadlı əsəri və ssenarisi əsasında çəkilən filmin quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyevdir. Filmdə peşəkar aktyorlar Fuad Poladov, Məmməd Səfa, Şamil Şüleymanlı kimi aktorlarla yanaşı təcrübəli gənc aktyorlar da çəkilib. “Dolu”nun “Drakon” ləqəbli qəhrəmanı Rza Rzayevin “Qafqazinfo”ya müsahibəsini təqdim edirəm.
Qeyd edim ki, Rza bəy Naxçıvan torpağında böyüyüb başa çatsa da, Qarabağ üçün yananlardandır. Həmişə etdiyi cəsarətli çıxışlar, söylədiyi fikirlər, eləcə də “Dolu”da rolunu ürəklə oynaması bunu göstərir. Akyor sənəti ilə yaxından əlaqəsi olmasa da, o, bir çox ekran əsərlərində rol alıb.
“Regionçuluq imperiyadan qalma düşüncədi”
Rza bəylə söhbətimiz elə “Dolu” bədii filmindən başlayır. Təəssüf ki, film ekranlara çıxdığı gündən aktyor, rejissor işindən çox, regionçuluq və bir neçə səhnənin müzakirəsi ilə yadda qaldı. Uğurlu ekran məhsulunu çoxluqla qeyri-peşəkar tənqidçilər hədəfə aldı. Rza bəy bu haqsız münasibətə belə izah verir: “Regionçuluq imperiyanın yaratdığı düşüncədi, imperiya bizi parçalamaq üçün “haralı” kəlməsini təhrif edib, güya bizdən “haralısan” soruşanda parçalanırıq. Bu gün kimdən soruşsaq, haralısan, deyəcək ki, nə fərqi var haralıyam, bizi regionlara bölməyin, hamımız azərbaycanlıyıq. Biz haralı kəlməsini işlətdikcə, düzgün dərk etmədikcə, Azərbaycan balacalaşıb. Azərbaycan ümumi addır, biz Azərbaycanı göstərəndə Bakını, Naxçıvanı, Qarabağı ,Təbrizi gösteririk. Bununla da Azərbaycanın sərhədlərinı qeyd etmiş oluruq. Azərbaycanın bugünkü dövlət sərhədləri bizim əzəli ve Vətən sərhədlərimizdən çox kiçikdi. Biz regionlarımızın adını çəkəndə, “haralıyam” deyəndə Vətən sərhədlərimizi kiçildirik, bu səbəbdən region anlayişını adiləşdirməliyik. “Dolu” filmini də bu konteksdə analiz edənlər imperiyanın yaratdığı düşüncədən qurtula bilməyənlərdir. Bir misal çəkim.
Bu gün Rusiyada Stalin ən çox təbliğ olunan dövlət başçısıdı, bu Stalinə olan sevgi deyil, sadəcə, Stalini təbliğ etməklə, həmin zaman kəsiyində olan Rusiya sərhədlərini gənclərə təbliğ edirler. Çünki, Stalinin dövründə Rusiya sərhədləri çox böyük olub. İndi biz də Şah İsmayıl Xətaini təbliğ etməklə, haralı olduğumuzu dəməklə, tebrizliye,borçalıyam,dərbəndliyəm demekle Azərbaycanın sərhədlərinı göstəririk. Azərbaycanlıyam deyəndə, sərhəd itir.
Bu gün hamımız qarabağlı olmalıyıq.
Xaricdə Qarabağ adına cəmiyyətlər açmalıyıq. Restoranlar-əyləncə mərkəzləri ve s. ola bilər. Qarabağ mənim doğulduğum bölgə deyil, amma Vətənimin bir hissəsi ve işğal altnda olan ərazisidir. Bu tarixi yerimiz düşmənin son udmaq istediyi tikədi ki, bu da boğazında qalıb ve düşmen bunu uda bilmeyecek.Çünki ,indi biz onlardan qat-qat müstəqil və güçlü dövlətik”.
“Pələng”in ölüm səhnəsindən sonra 6 ay müalicə aldım”
“Dolu” filmində iki qəhrəmanın “Drakon” və “Pələng”(Elvin Əhmədov) ləqəbli silahdaşların güclü dostluğu var. Təəssüf ki, bu dostluğu düşmənçiliyə çevirmək istəyən qüvvələr var. Amma dostlar “əjdaha” olduqlarını son səhnələrdə göstərirlər. Bir-birinə sonadək arxa çıxsalar da, qəhrəmancasına həlak olurlar. Bu səhnələrin ağır olduğunu Rza bəy də təsdiqləyir. “Pələng”in ölüm səhnəsi çox ağır səhnə idi, ssenarini oxuyanda bu səhnə məni çox təsirləndirmişdi. Mən 1973 –cü il təvvəllüdlüyəm, bizim yaşıdlarımızın çoxu şəhid olub, bizlər həmişə bunu hiss edirik, onların yarımçıq qalmış ömrünü bizlər yaşayırıq. Şəhid olmayanlar da ruhən rahatlıq tapa bilmirler. Filmdəki həmin səhnəni oynamaq yox, yaşamaq lazim idi. Rejissordan xahiş etmişdim ki, bu səhnəni yorulmayan vaxtımda ayrı çəksin. Çəkiliş zamani ,istidə, çətin şərtlərdə o qədər qaçırdım ki, fiziki cəhətdən buna tab gətirmek çətin idi, bədən də yorğun olanda, ancaq duygular, düşüncə itkini deməklə məşğul olur. Amma bizim kinoda qayda var, çox vaxt aktyorun həmin andakı durumu nəzərə alınmır, çünki, gündəlik pul xərclənir, gərək istənilən halda oynayasan. Rejissor “Pələng”in ölüm səhnəsindən öncə məni çox qaçırmışdı ve sonra dedi ki, hazırlaş, ölüm səhnəsini çəkirik. Etiraz edə bilmədim. Həmin epizodu çəkəndə orda həm də çox hərbiçi var idi, təxminən 500 insanın baxışları altında həmin səhnə çəkilirdi. Çəkiliş prosesindən öncə Elvinlə dostluğumuz yarandı, onu özümə doğma adam hiss edirdim, həmin səhnəni çəkəndə, Elvini eziz bir adamımın qollarım arasında can verdiyini təssəvvür etdim. Tamaşaçıların görə bilmədiyi kadrlar var ki, montajda çixarılıb. Səhnə çox təsirli alındı, orda olan hər kəs ağladı. Hətta çəkiliş meydançasında olan müharibə görmüş komandir meşəyə qaçmışdı, bir neçe gün gözə görünmədi. Sonra məni bağrına basdı, yenidən ağladı və dedi ki, qaçdım əsgərlərim ağlamağımı görməsinlər. O səhnədən sonra 3 gün ağladım, özümü toplaya bilmirdim, sonra üreyimdə problemlər yarandı, 6 ay müalicə aldm. Fikrimcə, bu mənim qeyri-peşəkar olmağımdan irəli gəlirdi. Peşəkar aktyor bunu adi səhnə kimi oynaya bilərdi, çəkiliş bitəndən sonra da heç ne olmamiş kimi həyatına davam edərdi. Mənsə kinonu reallığa çevirdim. Əslində isə sənət aktyorun “zədəli yeri”ni ortaya çıxarmalıdı, onu zədələməməlidi”.
“Biz hələ də kinonu pulgətirən sahəyə çevirə bilməmişik”
Müsahibimlə söhbətim Milli Kino gününə təsadüf etdiyindən bir az da müasir kino sənayemizdəki böhranları müzakirə etdik. Rza bəyin bu mənada öz fikirləri və təklifləri var. “Kino çox pul tələb edən sahədi, həm də çox pul gətirən. Bizdə hələ ki, kinonu pul gətirən sahəyə çevirə bilməmişik, bunun obyektiv və subyektiv tərəfləri var. Bu gün kinolarımiz dövlətin dəstəyi ile çekilir, bu qayda Avropada da var - orada da kinoya dövlət dəstək verir. Çünki kino dövletin həyata keçirdiyi siyaseti kütləviləşdirə və təsirli edə bilən sənətdi. Bəzən bu dəstək kinonun inkişafına maneə də yaradır.Rejissor dövlətin pulu ilə kino çəkdiyinə görə - filmə xərclənən pulun geri qaytarılmasına cavabdeh deyil. Bizdə kinoteatrlar demek olar ki, yoxdu. Bakıda bir neçəsi var, filmə kinoteatrlarda baxılmalıdı, satışı yaradılmalıdı. Fikrimcə, dövlət ən başda bu sahəni formalışdırmaq üçün pul ayırmalıdı. Bu sahədə rəqabət yaranmalıdı. Bu gün dövlət sifarişi ilə çəkilən filmlər ümumi maraqlari ifadə etməlidi. Hansısa rejissor dövlətin pulunu alıb, individuallıq edə bilməz, pul da xalqın cibindən gedir. Bu gün belə filmlər var ki, orada dövlətimiz, millətimiz də təhqir olunur. Məqsədimiz, Qarabağı azad etməkdi, bunun üçün də vətənpərvərlik mövzusunda filmlər çəkilməlidi. Elə filmlər çəkməliyik ki, burada insan, fərd faciəsi xarici tamaşaçılar üçün də maraqlı olsun. Bu gün rejissorların əsas məqsədi festivallarda qalib gəlməkdi. Hamisi buna can atır, kino işinə cavabdeh olanlar da bu istiqamətdə iş aparırlar və bunu uğur hesab edirlər. Halbuki kinoda milli maraqlarımız mütləq önə sürülməlidir ki, bunun da kodları, yolları tapılmalıdır.
Bu gün aktyor olmaq istəyənlər və olanlar hamısı istedadlarına güvənirlər. Bizdə təhsilin səviyyəsi çox aşağıdı, aktyorlarımız yeni biliklər əldə etmirler. Hansısa filosofun belə fikri var. Bilik insana-aktyora alətlər verir istedadını üzə çıxarmaq üçün. Bənnaya ev tikmək üçün alətlər lazım oduğu kimi aktyora da alət lazımdı. Bizde ise hami tək istedadına güvənir. Bu gün seriallar çəkilir, çoxluq buna baxmir. Nəzərə almaq laızmdır ki, indinin tamaşaçısı çox informasiyalıdır, xarici kanallara, seriallara baxmaq ve fərqləndirmək imkanı var. Bizim seriallar bu rəqabətə heç bir halda tab gətirə bilmir. Sadəcə, “razminka” ilə məşğuldurlar. Bizdə kriminal mövzusunda heç nə çəkə bilmirlər - bizim cinayətkarı nə fərqləndirir ve yaxud ümumi cəhətleri nədir. İndiki ssenarilər, nə də rejissorlar bunu təqdim edə bilmirler. Bir də hər bir insanın içində gizli potensial var, çox vaxt bunu üzə çıxarmaq olmur, gərək elə cəmiyyət qurula ki, insanların içində qalmış potensial üzə çixa. Müharibə də insanların içində qalan gizli “qabiliyyət”ini üzə çıxarır. Kimisinin mərdliyi, kimisinin qorxaqlığı aydın olur. Kimsə kimisə nə üçünsə irəli çəkməməlidi, “day-day” anlayışı düşüncələrdən qaldırılmalı, hər kəs bacarığına görə cəmiyyət, dövlət tərəfindən qiymətləndirilməlidir.
İstedadlı adamlar qapı arxasında durmamalıdı, hansısa məmurdan, sahibkardan asılı olmamalıdı. Əlinin baş barmaqları ayağının baş barmaqlarına dəyənə qədər kiminsə qarşısında əyilməməlidir. Onda istedad küsür, xarakter qalmır fərddə. Puluna ve vəzifəsinə görə mənim üçün böyük adam yoxdu, hörmət etdiyim insanlar mənim üçün böyük adamlardır. Cəmiyyət nəyi qəbul edirsə, ona onu da yedirirlər, iştəha nəyi çəkirsə, o yeməyi bişirirlər. Bir sözlə hər şey cəmiyyətə, insana bağlıdır.”
“Tamaşaçı qarşısına rejissor kimi çıxmaq istəyirəm”
“Aktyorluq birbaşa peşəm olmasa da, bu sənətin əsaslarını bilirəm, mütaliəni sevirəm. Yeni rollar yox, Azərbaycan kinosunun esaslarını yazmaq istəyirem, on ildən çoxdu bu işle məşğulam. Bu il Türkiyədə rejissorluq təhsili almaq istəyirəm, bunun üçün sizin vasitənizlə də bu işlə məşğul olan təşkilatlara müraciət edərdim. Tamaşaçılar məni bundan sonra daha çox rejissor kimi görsünlər arzusundayam, məncə yetərli qədər potensialım var. Həyatda heç nəyə iddia etməmişəm, amma düşünürəm ki, rejissorluq alın yazımdı. Yazarlıq tərəfim də var. Bu tərəfimi sağolsun, İradə xanım (Tuncay) kəşf edib.
Hazırda əlimdə beş ssenarim də var. Mövzularım - Vətən həsrəti, müharibə, Azərbaycan qadının kimliyi, cinayətkarların həyatıdır. Çox istəyərdim ki öz ssenarilərim əsasında özüm film çəkim”.
“Bir də çoxu məni saqqalda görmək istəyir. Filmdəki obrazıma da yaraşdığını deyirlər. Saqqal mənə rahatlıq gətirir, mənim daxili azadlığımı ifadə edir, onda daha sərbəst oluram, hərbi paltarı da çox xoşlayiram.”
“Belə hadisələrə görə çox polisə düşmüşəm. Əclaflar hər yerdə var”
“Heç zaman ürəyimi özümə işlətmədim, başqalarını düşünməklə işlədi. Ürəyim mənimdi, ürəyimdəkilər mənim deyil. Əslində bu xasiyyətdirmi, təbiətimdəndirmi məni narahat etsə də, xoşdur. Sadə bir məsələni deyim. Küçədə gedən qadın, qızlara maşın saxlayan “kişi”lərin hərəkətini götürə bilmirəm. Dəfələrlə bu ya digər haqsızlıq üstündə polis düşmüşəm. Bir daha deyirəm. Kiminsə anası, bacısı, qızı olan kəsə maşın saxlayanı görsəm, şalvarını əynindən çıxarıb, rüsvay edəcəm. Belə əclaflar var, təəssüf ki belələrini ifşa edənlər ya yoxdu, ya da çox azdı.”
Bu yerdə “Dolu” filminin bir səhnəsini xatırladım. Təəssüf ki, xəyanətkarları, əclafları belə “cəza”larla dərs verməklə iş bitmir.
Raminə Eyvazqızı