“Belə turnirdə iştirak etmək futbolçuların arzusu idi” - Zubir

bele-turnirde-istirak-etmek-futbolcularin-arzusu-idi
Oxunma sayı: 3395

“Bizim üçün çox vacib oyun oldu. Birinci hissədə əlimizə düşən ilk imkandan istifadə etdik. Daha sonra da yaxşı fürsətlərimiz oldu. İkinci hissədə də açıq oyun getdi və çoxlu qol imkanları əldə etdik. Hesab bizim xeyrimizə olduğu üçün mübarizə aparmaq asan oldu”.

“Qafqazinfo” Futbolpress.az-a istinadən xəbər verir ki, bu fikirləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir deyib.

O, “Ferentsvaroş”la cavab matçında qazandıqları qələbəni şərh edərkən bu qalibiyyətin çətin əldə oldunduğunu bildirib:

“Hesabı açdıqdan sonra bu bizə əlavə üstünluk verdi. Qələbə qazansaq da, rəqibin yaxşı imkanları var idi. Şanslar yarı-yarıya idi”.

Zubir Çempionlar Liqasının fərqli turnir olduğunu bildirib: “Futbolçuların arzusu idi ki, belə bir turnirdə iştirak etsin. Biz də bunu istəyirik. Məqsədimiz var və ümid edirəm ki, bunu reallaşdıracağıq”.

Qeyd edək ki, dünən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan) komandaları arasında cavab oyunu keçirildi.  “Qarabağ” 3:1 hesabı ilə qələbə qazanaraq Çempionlar Liqasının pley-off-una yüksəlib.