“Bəlkə biz də bir anlıq, qəfəsə qonaq gedək?!”- - Leyla Əliyeva

belke-biz-de-bir-anliq-qefese-qonaq-gedek-
Oxunma sayı: 2461


Bir quş gördüm qəfəsdə, 

kədərli gözlərində 

həyat donub elə bil... 

Yatanda yuxusuna 

əngin səmalar girir. 

Hey süzür, qanad çalır 

buludlara qarışır... 


...amma o qəfəsdədir, 

Azad olmaq istəyir. 

Kainata atılıb, 

qanad çalmaq istəyir. 

Qəm-kədəri qovaraq 

dağı, coşğun çayları 

süzmək... 

dalmaq istəyir.


Əzablar yaşatmayan 

duyğular arzulayır. 

Ağrını, əzabları 

birdəfəlik unudub 

Sevginin dünyasına 

qanadlanmaq istəyir. 

O sevgi dünyasında 

ovsunlanmaq istəyir... 


Hər bir ağac, hər budaq, 

özündə bir dünyadır... 

Dünyaya məhəbbətin 

özü də bir dünyadır... 

Bütün bunlara baxıb 

qəlbimə heyrət daşır. –

Bəlkə məkrli qəfəs 

Həyatdakı hər şeyə 

məhəbbət aşılayır?!.


Anlamaz insanlarsa 

Ora-bura gedirlər, 

Baxırsan ki, hər zaman, 

harasa tələsirlər... 

Heç bilmirlər ki, Günəş 

hardan çıxıb, batacaq..? 

Həzz almırlar dənizdən, 

Dalğaların səsindən,               

həzin ləpədöyəndən... 


Anlamaz insanların 

Düşüncəsi kor qalır... 

Qayğılar çoxdur, lap çox, 

Dərd gedir kədər qalır... 

Ömrü elə-beləcə 

Verirlər gedir bada. 

Düşünürlər ki, 

zaman 

uçmur, durub qapıda...


Quş qəfəsə salınıb, 

Cəftəni aça bilməz... 

Bəlkə biz də bir anlıq, 

qəfəsə qonaq gedək.?! 

Bu həyata boylanaq,     

çabalayaq, çarpışaq? 

Bizə verilən ömrü 

dərindən dərin duyaq... 

Qiymətini anlayaq...


Ruscadan çevirəni: Mahir Qabiloğlu