Səudiyyə Ərəbistanının “Əl İttihad” klubuna keçən fransalı forvard Kərim Benzema maraqlı açıqlama verib.
“Qafqazinfo”nun məlumatına görə, o, müsəlman ölkəsi oluduğu üçün bu liqanı seçdiyini bildirib:
“Mən müsəlmanam, bura da müsəlman ölkəsidir. Ona görə də Səudiyyə Ərəbistanına gəlməyə qərar verdim”.
Benzemanın bu açıqlaması isə sosial şəbəkələrdə etirazla qarşılanıb. Azarkeşlərin bir çoxu ulduz futbolçunun pulu seçdiyini, lakin yalan açıqlama verdiyini deyib.
Qeyd edək ki, Kərim Benzema “Əl İttihad”da ilinə 100 milyon avro maaş alacaq.