Bərdə-Ağdam dəmir yolu xəttində işlər nə yerdədir? - Fotolar

berde-agdam-demir-yolu-xettinde-isler-ne-yerdedir
Oxunma sayı: 2973

Bərdə-Ağdam dəmir yolu xəttində yenidənqurma işləri sürətlə davam etdirilir.

“Qafqazinfo” “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadla xəbər verir ki, uzunluğu 47,1 kilometr olan yolun 90 faiz layihələndirilməsi yerinə yetirilib.

Uzunölçülü relslər 100 faiz quraşdırılıb, 128 mühəndis qurğusunun tikintisi başa çatdırılıb, onlardan 2-si müxtəlif ölçülü körpülərdir.

Ümumilikdə tikinti işlərinin 70 %-i tamamlanıb və layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.