Bərdədə kanaldan meyit tapıldı - Yenilənib

berdede-kanaldan-meyit-tapildi
Oxunma sayı: 2758

Bərdədə su kanalından naməlum meyit tapılıb. 

“Qafqazinfo”nun məlumatına görə, meyit Yuxarı Qarabağ kanalının rayonun Həsənqaya kəndi ərazisindən keçən hissəsində aşkarlanıb. 

Hadisə yerinə FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 

Hazırda meyitin kanalda çıxarılması prosesi görülür.

Faktla bağlı araşdırma başlanıb, meyitin kimə məxsus olması araşdırılır.

***

Kanalda tapılan kişi meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ziya Əmirxanlı