Bərdədə tanışlarını güllələyən şəxs tutuldu

berdede-tanislarini-gulleleyen-sexs-tutuldu
Oxunma sayı: 1808

Bərdədə kafedə güllələnmə olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, hadisə bu gün saat 13 radələrində rayonunun Bala Qəcər kəndi ərazisində baş verib. Kənd sakini, əvvəllər məhkum olunmuş Rəcəb Məmmədov münaqişə zəminində həmkəndlisi Eldar Məmmədova ov tüfəngindən atəş açıb. E.Məmmədov və onları aralamaq istəyən kənd sakini Sərxan Əsədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupununun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, R.Məmmədov Qaradəmirçi kəndi ərazisində tutulub və ondan istifadə etdiyi ov tüfəngi də götürülüb.

Faktla bağlı araşdırma aparılır.