Türkmənistanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, seçkilər martın 12-nə təyin olunub.
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov ötən gün parlamentin yuxarı palatasının iclasında bildirib ki, yolu gənc liderlərə vermək qərarına gəlib.
Qeyd edək ki, Berdıməhəmmədov 2007-ci ildən Türkmənistan Prezidentidir.
Son xəbərlər
Son Xəbərlər