“Bəs bu verilişlər kimin zövqünə uyğundur ki, yayımlanır?” - Yenilənib

bes-bu-verilisler-kimin-zovqune-uygundur-ki-yayimlanir
Oxunma sayı: 7873

“Hesab edirəm ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin bu təşəbbüsü (Forumun keçirilməsi-red.) artıq qələbə deməkdir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xəzər TV-nin rəhbəri Xalq artisti Murad Dadaşov “Gülüstan” sarayında keçirilən Musiqi Forumunda çıxışı zamanı bildirib.

“Konkret dialoqun yaranması çox vacib məsələdir. Bəli, biz də auditoriyanın zövqünü formalaşdırmaq üçün çox çalışırıq. Biz hamımız deyirik ki, bu televiziya və verilişlər zövqümüzə uyğun deyil. Bəs kimin zövqünə uyğundur ki, bu yayımlanır? Yanımıza gələn hər kəs deyir ki, əsərindən dünyada yoxdur. TV kanalları bir aptekdir. Dərmandan şikayət edə bilərsiz, amma deyə bilmərsiz, pis istehsal etmisiz.

Biz də yayımçıyıq, yayım təşkil edirik. Bizim məhsul yaratmağa imkanımız yoxdur. Başa düşürük ki, köhnə studiyalar, iki musiqi aləti ilə verilişlər artıq keçmir. Biz dünyaya Tarkan göndərmək istəyiriksə, bu, ümummilli məsələ olmalıdır. Artıq dövlətimizin elə dövrüdür ki, dünyaya kimisə təqdim etməliyik. Hesab edirəm ki, bu forumun keçirilməsi çox vacibdir”, - o qeyd edib.

“Senzura yoxdur. Bütün dünyada ən böyük göstərici tamaşaçı rəğbətidir, bizim dildə reytinq. Biz ifaçılardan pul götürmürük, bəzən bizdən istəyirlər. Dünya şirkətləri bizim müğənniləri tanımır, reytinqə baxıb reklam verir. Müharibə vaxtı şounu yığışdırdıq. Reklam vermirdilər. Azərbaycan iqtisadiyyatında iki şey önəm daşıyır. Bu məhərrəmlik və orucluq ayıdır. Biz bilirik ki, maarifləndirməliyik. Ayın sonunda 600-ə yaxın əməkdaşımız maaş almalıdır. Biz başa düşməliyim ki, tamaşaçı televiziya qarşısında buna baxmaq istəyər. Göstərməsək, başqa kanala baxacaq. Azərbaycan tamaşaçısı türkcə də başa düşür. Digər tərəfdən də rus kanalları. Rəqabətdə çox uduzuruq. Bu reytinq göstəricilərini mən etmirəm, siz edirsiniz. Buyurun edin, dəstək verin. Bu ciddi bəladır. Mən daha yaxşısını edə bilərəm. Televiziyada yayımlanan verilişlərin böyük təbliğat təsiri var. Hərdən elə olur ki, baxırıq və nələrisə efirə vermirik. Biz yaxşı yaradıcı verilişlər edəcəyik, amma heç kim baxmayacaq, bu ikiqat təhlükədir”, - deyə M.Dadaşov əlavə edib.

Hüseyn Məmmədsalahov