Bəxtiyar Hacıyevin və atasının evində axtarış aparıldı

bextiyar-haciyevin-ve-atasinin-evinde-axtaris-aparildi
Oxunma sayı: 4231

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin Bakı şəhərində yaşadığı evdə, həmçinin Gəncədə yaxınlarının mənzilində axtarış aparılıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir və saxlanılan yoxdur.

Qeyd edək ki, vəkil Elçin Sadıqov bildirib ki, axtarışlar B.Hacıyevin Gəncə şəhərində olan atasının, qardaşının, onun dostlarının evində və avtomobilində də aparılıb: “Hazırda axtarış götürmə istintaq hərəkətləri aparılır, hətta telefonları da əllərindən alınıb”.