​“Bəyannamədə Ermənistandan qovulan azərbaycanlılarla bağlı çağırış edilib”

beyannamede-ermenistandan-qovulan-azerbaycanlilarla-bagli-cagiris-edilib
Oxunma sayı: 1273

“Fevralın 18-dən 20-dək Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası və digər tədbirlər keçirilib”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında xatırladıb.

“APA-nın 15-ci plenar sessiyasında Bakı Bəyannaməsi və müxtəlif mövzularda 29 qətnamə qəbul edilib. APA-nın qəbul etdiyi Bakı Bəyannaməsinin bir bəndində Ermənistandan qovulan azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmalarının təmin olunması məqsədilə səylərin səfərbər edilməsi üçün çağırış edilib”, - deyə sədr bildirib.

Nuranə Daxilqızı