27 Sentyabr - Anım Günü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beyləqan-Daşburun magistral yolunun sağ və sol hissələrində ağacəkmə aksiyası təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, sksiyada Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, İcra Hakimiyyəti başçısının müavinləri və aparat əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, şəhid ailələri iştirak ediblər.
Müqəddəs şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirilən aksiya çərçivəsində 300 ədəd sərv ağacı əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.
Şəhidlərimizin müqəddəs xatirəsinə ucaldılmış bu yaşıllıq xiyabanı həm də gələcək nəsillərə vətənpərvərlik və xatirə mesajı kimi əbədi yaşayacaq.









Son xəbərlər
Son Xəbərlər