Beyləqanın mərkəzi yollarının təmiri davam edir - Fotolar

beyleqanin-merkezi-yollarinin-temiri-davam-edir
Oxunma sayı: 2281

Beyləqan rayonunda daha bir mərkəzi yaşayış sahəsində - 20 Yanvar küçəsində yeni yol salınır.

“Qafqazinfo” xəbər verir ki, cari ilin əvvəlindən başlayan abadlıq-quruculuq işləri çərçivəsində prospekt və küçələrin yenidən qurulması, yaşıllıqların salınması, yol infrastrukturunun yaxşılaşdırılması işləri uğurla icra olunur.

Nəqliyyatın rahat, maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin gediş-gəlişinin asanlaşdırılması üçün küçə və prospektlərə, eləcə də məhəllədaxili yollara asfalt vurulur.

Hazırda şəhərin 20 Yanvar küçəsində yeni asfalt örtüyünün vurulması işləri həyata keçirilir. Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt örtüyü yenisi ilə əvəzlənir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda şəhərin digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.