Beynəlxalq müşahidəçilərin sayı açıqlandı

beynelxalq-musahidecilerin-sayi-aciqlandi
Oxunma sayı: 992

Azərbaycanda fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar 92 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri qeyd edib ki, yerli müşahidəçilərin sayı isə 23423-dür:

“Nəticəyə əsasən, hər adama 6 müşahidəçi düşür. Onlardan 22746-sı DSK-larda, 677 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib”. 

MSK sədri bildirib ki, hazırda bu proses davam edir.