“Bəzi qurumlar arasında koordinasiya zəifdir”

bezi-qurumlar-arasinda-koordinasiya-zeifdir
Oxunma sayı: 2027

“Bəzi qurumlar arasında koordinasiya işi zəif təşkil edilir, məlumat bazaları arasında inteqrasiya təkmil deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu Hesablama Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, 2023-cü ildə aparılmış maliyyə və uyğunluq auditləri üzrə aşkarlanmış nöqsanlar və onların yayılma dərəcəsindən asılı olaraq auditorlar tərəfindən verilmiş rəyləri 3 istiqamətdə qruplaşdırmaq olar: “Dörd qurum üzrə müsbət və bütün meyarlara uyğunluqla bağlı, 19 qurum üzrə şərti müsbət və bəzi məsələlər istisna olmaqla hüquqi aktların tələb olması barədə, 13 qurum üzrə isə mənfi və bütün əhəmiyyətli aspektlərdə qanunvericilik əsasında müəyyən edilmiş meyarlara uyğun olmamaqla bağlı rəy verilib”.

Zaur Mirzə