Bəzi rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur

bezi-rayonlar-ve-seherlerarasi-gedis-gelis-berpa-olunur
Oxunma sayı: 15424

Azərbaycanda bəzi ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş qadağası aradan götürülür.

“Qafqazinfo” xəbər verir ki, Operativ Qərargahın yaydığı məlumata əsasən, mayın 4-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərləri, eyni zamanda Naxçıvan Muxtar Respublikasında rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunacaq. 

Qeyd edilir ki, ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna edilir.