Bəzi yerlərə yağış yağır - Yenilənib

bezi-yerlere-yagis-yagir
Oxunma sayı: 1418

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir leysan xarakterli yağış yağır.

Düşən yağıntının miqdarı Lənkəranda 21, Astarada 15, Lerikdə 12, Qobustan, Şamaxı, Qəbələdə 9, İmişli, Biləsuvar, Cəlilabad, Kürdəmirdə 8, Neftçala, Yardımlı, Altıağac, İsmayıllı, Daşkəsən, Tərtər, Mingəçevir, Zərdab, Göyçay, Biləsuvar, Ağsu, Sabirabad, Naftalan, Oğuz, Yevlax, Xaltan, Gədəbəy, Sarıbaş (Qax), Ağstafa, Göygöl, Quba, Qusar, Kəlbəcər, Goranboy, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, eyni zamanda Bakıda və Abşeron yarımadasında 4 mm-dək qeydə alınır.

Sumqayıt, Daşkəsən, Naftalan, Göygöl, Sarıbaş (Qax), Şəmkir, Şamaxı, Qrız, Yevlax, Lerik, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

***

Bu gün saat 17:00-a olan faktiki hava açıqlanıb.

Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.

Qobustan, Naftalan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Samux, Goranboy, Göyçay, Göygöl, Mingəçevir, Zərdab, Şəki (Kişçay), Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Hacıqabul, Quba, Qusar, Qrız, Şahdağ, Xınalıq, Xaltan, Ağsu, eyni zamanda Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağır, şimşək çaxıb.

Qax (Sarıbaş), Şəki (Kişçay), Daşkəsən, Göygöl, Naftalan, Şamaxı, Qrız, Şahdağ, Lerik, Qəbələdə duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.