“Biabırçılıq idi, başqa heç nə”

biabirciliq-idi-basqa-hec-ne
Oxunma sayı: 8692

Müğənni Elvin Abdullayev Türkiyənin “Altın Kelebek” kafatına layiq görülən azərbaycanlı məşhurları nqid edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Deməsəm olmaz” verilişinə müsahibəsində danışıb: “Bu, “kelebek”dir, “kepenek”dir nədirsə, deyəsən, onların da gözü bizim kimi bağlanıb. Vallah, ayıbdır. Sonra deyirlər, niyə iş görmürsünüz? Danışmadıqca, bu işlər belə olacaq. Bəlkə də heç kim fikrimə dəstək olmayacaq. Hətta mənimlə eyni fikirdə olanlar da düşüncəsini dəyişəcək. Ona görə də bu gündəyik”.

O bildirib ki, bu seçim Azərbaycan musiqisini xaricdə pis formada təbliğ etməkdir: “Altın Kelebey”ə elə insanları göndərirlər ki... Heç vaxt orada yer almamışam, düşünməmişəm də. Amma görürəm ki, asandı, gedim mən də bir mükafat alım. Biabırçılıq idi, başqa heç nə. Təqdimatı edəndə görmürlər ki, bu insanlar kimdir, nə oxuyur? Mənim daş-qalaq etsinlər, buna hazıram da. Edəcəklər də... Amma bunu deməyə məcburam. Axı, Azərbaycan musiqisi bu deyil. Niyə bu mahnılar Türkiyədə tanınsın? Niyə düşünsünlər ki, Azərbaycan mahnısı budur? Yaxşı musiqilər səslənsin, nə olar? Danışmadıqca, elə bilirlər ki, belə də olmalıdır, əladır. Sənət adamları buna dəstək olsun, bu cür savadsızlıq təmizlənsin”.

Qeyd edək ki, Türkiyədə baş tutan 48-ci “Altın Kelebek” mükafatlandırma gecəsində “Azərbaycanın ən parlaq ulduzu” nominasiyasına müğənnilər Ayaz Babayev, Nəzrin və aparıcı Turanə Hüseynli layiq görülüblər.