“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

biglarimiza-gore-bize-avroviziyanin-atalari-deyirler
Oxunma sayı: 2395

Bu il Azərbaycanı “Avroviziya-2024” beynəxalq mahnı müsabiqəsində təmsil edəcək müğənnilər - Fəxri İsmayılov (Fahree) və İlkin Dövlətov 525.az-a müsahibə veriblər.

“Qafqazinfo” xəbər verir ki, İlkin Dövlətov “Bəs sizin haqqınızda Avropada nə danışırlar” sualına belə cavab verib: “Avropada bizə “Avroviziya”nın ataları” deyirlər. Bığlarımıza görə (gülümsəyir-red)”.

Fəxri İsmayılov isə bunları deyib: “Avroviziya”da uğur qazansaq da, qazanmasaq da, artıq bizim ifamız sevilib: “Həmişə intuisiyama güvənmişəm. Bu dəfə də intuisiyam gözəl şeylər olacağını pıçıldayır”.

Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə təmsilçilərimiz “Özünlə apar” mahnısını ifa edəcəklər.