Biləsuvar-Bəhrəmtəpə yolunda bir gündə 2-ci qəza

bilesuvar-behremtepe-yolunda-bir-gunde-2-ci-qeza
Oxunma sayı: 2985

Biləsuvarda “qəza yolu” kimi tanınan Biləsuvar-Bəhrəmtəpə magistralında bu gün ərzində ikinci avtomobil qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə magistralın rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "VAZ-2107" markalı minik avtomobili ilə "Mercedes Benz" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində xəsarət alan "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Günorta saatlarında da magistralın rayonun Səmədabad kəndindən keçən hissəsində avtoqəza qeydə alınmışdı

Surxay Şahbazov