Binəli Yıldırım prezidentin ölümünü təsdiqlədi

bineli-yildirim-prezidentin-olumunu-tesdiqledi
Oxunma sayı: 6074

Türkiyə baş naziri Binəli Yıldırım hökumətin canlı yayımlanan toplantısında İslam Kərimovun öldüyünü təsdiqləyib.

Qafqazinfo” xəbər verir ki, Yıldırım dövlət başçısının ölümü ilə bağlı başsağlığı verib:

“Özbəkistan prezidenti İslam Kərimov ölüb. Türkiyə respublikası adından Özbəkistan xalqına dərin başsağlığı veririk”.

Lakin baş nazir bu informasiyanı necə əldə etdiyini açıqlamayıb.