Binəqədidə sursatlar aşkarlandı - Video

bineqedide-sursatlar-askarlandi
Oxunma sayı: 1308

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 2 ədəd kustar üsulla hazırlanmış partladıcı qurğu, 2 ədəd AKM avtomatının darağı, 1 ədəd TT tapançasının darağı, 1 ədəd Makarov tapançasının darağı, 2 ədəd F-1 əl qumbarası, 10 ədəd CM-320 siqnal minası, 7 ədəd MUV-1, 180 ədəd kapsul detonator, 4 ədəd NSP siqnal patronu, 2 ədəd siqnal minası, 43 ədəd müxtəlif çaplı patron, 1 ədəd 7.62 mm-lik təlim mərmisi olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.