Bir ailəni məhv edən qəza - Geriyə 2 uşaq qaldı +Fotolar

bir-aileni-mehv-eden-qeza
Oxunma sayı: 14680

Ötən gecə Bakı-Quba yolunun, Sumqayıtın Yaşma yaşayış massivindən keçən hissəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xeberle.com-a istinadən bildirir ki, Sumqayıt şəhər sakini Elşən Əliyevin idarə etdiyi "Hyunday Elantra” markalı avtomobillə "Mersedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində E. Əliyevin sərnişini - həyat yoldaşı Aysel Əliyeva hadisə yerindəcə dünyasını dəyişib.

E. Əliyev isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Amma həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Ailənin iki azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.