Bir ay əvvəl ailə quran musiqiçi qəfil öldü - Foto

bir-ay-evvel-aile-quran-musiqici-qefil-oldu
Oxunma sayı: 3675

Şəmkir rayonunda gənc musiqiçi qəfil vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Mahmudlu kənd sakini, 1989-cu il təvəllüdlü Muxtar Nizami oğlu Abdullayev martın 10-na keçən gecə ürəktutmadan dünyasını dəyişib.

Bildirilib ki, Şəmkirdə fəaliyyət göstərən musiqi ansamblının nağaraçısı olan Muxtar həmin gecə toydan evə gəlib və az sonra vəziyyəti ağırlaşıb. Təcili tibbi yardım çağırılsa da, M.Abdullayevin həyatını xilas etmək mümkün olmayıb.

O da məlum olub ki, Muxtar Abdullayev 1 ay əvvəl – fevralın 9-da evlənibmiş. O, rayonun Xuluflu kəndindən olan Vətən müharibəsi şəhidi Şamxal Əjdərlinin bacısı ilə ailə həyatı qurubmuş.

***

Mərhum M.Abdullayevin ailəsindən "Qafqazinfo"ya bildirilib ki, Muxtarın səhhətində əvvəllər hər hansı problem olmayıb. Məlum olub ki, Muxtar Abdullayev bir neçə gün əvvəl sürücülük vəsiqəsi almaq üçün tam tibbi müayinədən keçib və ona sağlamlıq haqqında arayış verilib. Həmin vaxt M.Abdullayev imtahanda iştirak edərək sürücülük vəsiqəsi əldə edib.

Xəbəri rus dilində oxuyun: Сархан Алиев тоже победил армянского боксера