Beyləqanda iftar süfrəsi təşkil olunub - Fotolar

beyleqanda-iftar-sufresi-teskil-olunub
Oxunma sayı: 474

Ötən gün Beyləqan rayonunda müqəddəs Ramazan ayı münasibətilə 400 nəfərlik iftar süfrəsi təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, ağsaqqallar, din xadimləri, ictimaiyyət nümayəndələri və aztəminatlı ailələr iştirak edib.

İftar süfrəsində şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ölkəmizdə əmin-amanlığın, sabitliyin və firavanlığın davamlı olması üçün dualar edilib. Din xadimləri tərəfindən müqəddəs Ramazan ayının fəzilətlərinə uyğun olaraq xeyir-dualar səsləndirilib.

Tədbir boyu cəmiyyətimizdə birlik və həmrəyliyin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılmasının önəmi xüsusi vurğulanıb. Açılan süfrələr ətrafında iştirakçılar səmimi, mehriban və yüksək mənəvi ab-havada iftar ediblər.