Azəri Günel iki il aradan sonra “Gel Çağıramam” adlı singl buraxıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, yeni mahnısından danışan müğənni, eyni zamanda biznes fəaliyyətindən də bəhs edib.
Pizza restoranı olduğunu deyən müğənni yemək bişirməyi çox sevdiyini bildirib: “Əlim çox dadlıdır. Mətbəxi çox sevirəm, çox oluram orada. Salat sousları, makaronlar, toyuqlar hazırlayıram. Şükür Allaha zəhərlənən olmayıb.
-Sizi alan yaşadı o zaman ?
-Vallah bilmirəm. Məni alan yaşadı, yaşayır da.
-Alan biri var, yəni?
-İnşallah. Hər şey qismət. Mən gözə çox inanıram.
Brilliant işinə başladığını təsdiqləyən Günel GNL Diamonds adlandırdığı zərgərlik evinin zinət əşyalarının dizaynlarını da özü hazırladığını bildirib.
-Xəyalınızdakı təkdaşı dizayn etmisiniz?
-Hər kəsdəkindən fərqli, özümə görə bir şeylər çəkmişəm. Mənim üçün önəmli olan taxdınsa, onu ömür boyu çıxartmamaqdır. Evlənmək bir dəfədir, boşanmaq yoxdur”.




Son xəbərlər
Son Xəbərlər