Bir neçə dəqiqəlik dünyanın ən varlı iş adamı oldu

bir-nece-deqiqelik-dunyanin-en-varli-is-adami-oldu
Oxunma sayı: 1901

“Dior” və “Louis Vuitton” brendlərinin sahibi Bernar Arnor dünyanın ən zəngin biznesmenləri siyahısında ilk dəfə birinci yerə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb. Qeyd olunub ki, Arnor birinci yerdə cəmi bir neçə dəqiqəlik qərar tuta bilib. Belə ki, gün ərzində iş adamının gəliri 1,8 milyard dollar artaraq 109,6 milyard dollara yüksəlib. Varidatı 109,5 milyard dollar olan “Amazon”un sahibi Ceff Bezos bu səbəbdən siyahıda ikinci yerə düşüb.

Ancaq bu göstəricilər çox çəkməyib. Bezos bir neçə dəqiqə sonra yenidən liderliyə yüksəlib.