Birinci turda təxirə saldıqları toyu, II turda edib səs verməyə gəldilər - Fotolar

birinci-turda-texire-saldiqlari-toyu-ii-turda-edib-ses-vermeye-geldiler
Oxunma sayı: 2364

Türkiyədə bir cütlük Antalyada keçirilən seçkilərlə əlaqədar mayın 14-də olacaq toylarını mayın 28-ə təxirə salıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İrem və Orhan Vəli Akyüz cütlüyü bu səhər baş tutan toydan sonra bəy kostyumu və gəlinlik paltarı ilə səsverməyə gəliblər. 

Belə ki, bir müddət əvvəl evlənməyə qərar verən cütlük toyu mayın 14-də etmək qərarına gəliblər. Toylarının prezident seçkiləri ilə eyni günə təsadüf etdiyindən və seçkilərin II turunun mayın 28-ə saxlanılması səbəbilə cütlük də toy tarixini təxirə salıb. Bu gün isə onlar nikahdan sonra səs vermək üçün məktəbə gəliblər. 

Həmçinin oxuyun: В Турции завершился второй тур на выборах президента - Обновлено

Çox xoşbəxt olduqlarını bildirən Orhan Vəli Akyüz səslərini verdikdən sonra toylarına gedəcəklərini bildirib. İrem Akyüz isə vətəndaşlıq borcunu yerinə yetirmək istədikləri üçün belə addım atdıqlarını deyib. 

Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu baş tutur. Hazırda prezidentlik kürsüsü uğrunda “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır.