İspan futbolçudan türk şəhidlərinə sayğı - Video

ispan-futbolcudan-turk-sehidlerine-saygi-video
Oxunma sayı: 658

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin PKK ilə mücadilədə bir neçə şəhid verdiyi vaxta təsadüf edən matçda minlərlə tamaşaçı “Şəhidlər ölməz, vətən bölünməz” deyə qışqırıb. Türklərə ən böyük dəstək isə Beşiktaşın ispaniyalı futbolçusu Gutidən gəlib. Oyunun 75-ci dəqiqəsində penaltini qola çevirən Guti Beşiktaşın formasının üzərindəki türk bayrağını öpüb. Almeida isə vurduğu qoldan sonra əsgər salamı verib. Hər iki jest alqışlara səbəb olub.

Guti türklərin kədərinə şərik olduğunu sonra da davam edib. O, “Facebook” səhifəsində futbolçu dostuna belə bir mesaj göndərib: “Hugo səndən bir istəyim var. Əgər edərsən, çox yaxşı olar. Bizim (Türkiyənin) 7 əsgəri terrorçular tərəfindən şəhid edildi. Bu ay bir çox əsgər itirdik. Qol vurduqdan sonra bunu edərsən mən və Türkiyə çox xoşbəxt olar. Əsgər salamı ver. Təşəkkürlər. Sayğılı bir insan olduğunu bilməsəm səndən belə bir şey istəməzdim.

guti-as.flv