“Biz şərait yaradırıq, gedir qıraqdan kiminsə dediyinə inanır”

biz-serait-yaradiriq-gedir-qiraqdan-kiminse-dediyine-inanir
Oxunma sayı: 2153

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov müraciət edən beynəlxalq qurumların nümayəndələrinə qapıların açıq olduğunu bəyan edib. 

“Qafqazinfo” xəbər verir ki, bunu M.Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. 

“Beynəlxalq qurumların nümayəndələri bizə müraciət edəndə həmişə qapılarımız onlara açıq olub”, - sədr bildirib. 

Onun sözlərinə görə, müəyyən qərəzli münasibət görəndə də, bunu açıq şəkildə müzakirə edirlər: “Yenə də müzakirələrimiz açıq olacaq. Beynəlxalq təşkilatlar hansı məsələni qaldırsa, biz bunu açıq şəkildə ictimaiyyətə çatdıracağıq və müzakirələri də o cür aparacağıq. Mətbuatı da dəvət edəcəyik ki, proseslərdə iştirak etsin. Burada yaradılan şəraitdən istifadə etməyib, gedib kimdənsə soruşub bizə edilən şikayəti qəbul etməyəcəyik. Biz bütün mərhələlərdə şərait yaradırıq, ancaq bəziləri bundan istifadə etmir, gedir qıraqdan kiminsə dediyinə inanır”.