“Bizdə dərman Türkiyədən ucuzdur” dedi, komitə sədri etiraz etdi

bizde-derman-turkiyeden-ucuzdur-dedi-komite-sedri-etiraz-etdi
Oxunma sayı: 8819

“Azərbaycanda bəzi dərmanların qiymətləri Türkiyədən ucuzdur”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Kamaləddin Qafarov Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında deyib. 

Komitənin sədri Əhliman Əmiraslanov isə bu fikirlə razılaşmayıb: “Mən görməmişəm ki, Türkiyədə baha olan dərman Azərbaycanda ucuz olsun. Düzdür, son vaxtlar Türkiyədə də dərmanların qiymətləri bahalaşıb. Amma deyə bilmərik ki, bəzi dərmanların qiyməti bizdə Türkiyədəkindən ucuzdur. Siz mənə nümunə göstərə bilərsiniz?!”

Kamaləddin Qafarov isə cavabında bildirib ki, əhalinin aldığı preparatların içində Türkiyədəkindən 10, bəzən 20 dəfə də baha preparatlar var: “Amma bu preparatların qeydiyyatı olmadığından ölkəyə idxalı mümkün deyil. Bu, bütün preparatlara aid deyil, ucuz olanlar da var”.

K.Qafarov əlavə edib ki, bir dərmanın qiyməti bizdə 20 qəpik daha ucuzdur.