“Bizi rahat buraxın”

“Bizi rahat buraxın”
Oxunma sayı: 5428

Türkiyəli aktyor Kaan Yıldırımın aktrisa sevgilisi Pınar Denizdən ayrıldığı iddia olunub.

“Qafqazinfo” xəbər verir ki, aktyor iddialara səssiz qalmayıb.

K. Yıldırım instaqram hesabında romantik paylaşım edib və ayrılmadıqlarını bildirib: “Üç ilə yaxındır heç bir əsası və həqiqətə uyğun olmayan o qədər çox xəbərin təsirinə məruz qaldım ki, zaman-zaman özümə çox yadlaşdığım anlar oldu. Heç etmədiyim şeyləri etmişəm, yaşamadığım şeylər yaşamışam kimi göstərildi. Bir insan əslində olduğundan nə qədər fərqli göstərilə bilərsə, o qədər fərqli təqdim olundum və hər kəsin gözləri qarşısında mənə bənzəməyən obraz yaradıldı. Hər xəbərdə, hər olayda sahib olmadığım bir xarakter yüklədiz üstümə. Mən həmişə susmağa üstünlük verdim, zamana güvəndim, “zaman kimin nə olduğunu göstərir” dedim, ancaq bu dəfə susmaq istəmirəm. Ayrılıq xəbəri yazıb münasibətimizi gözdən salmağınıza icazə verməyəcəyəm. Biz bizə aid kiçik dünyamızda çox xoşbəxtik. Xahiş edirəm, bizi rahat buraxın”.  

Qeyd edək ki, cütlük iyul ayından münasibətdədir.