“Azərbaycan ordusu Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbiri zamanı mülki əhalini hədəf almayıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “BBC”yə açıqlamasında deyib.
O, tədbirin sanki cərrahiyə əməliyyatı kimi icra olunduğunu və yalnız legitim hərbi hədəflərin zərərsizləşdirildiyini bildirib.
“Prosesin icra sürəti onu göstərir ki, bizim niyyətimiz əməliyyatı mümkün qədər tez başa çatdırmaq olub. Belə etməklə həm də qarşı tərəfə göstərdik ki, Azərbaycanın suveren ərazisində qanunsuz saxta dövlət strukturunun mövcudluğu davam edə bilməz” - Əmirbəyov bildirib.