ABŞ dövlət katibi Entoni Blinken bu gün Yaxın Şərqə səfərə yollanır.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Blinken səfəri çərçivəsində Misir, İsrail, İordaniya və Qətərdə olacaq, bu ölkələrin yüksəkvəzifəli şəxsləri ilə görüşlər keçirəcək.
Bu, ötən ilin oktyabrında HƏMAS hərəkatı üzvlərinin İsrailə hücumundan sonra Blinkenin regiona 8-ci səfəridir.
Son xəbərlər
Son Xəbərlər