BMT Şimali Koreyaya çağırış etdi

bmt-simali-koreyaya-cagiris-etdi
Oxunma sayı: 2374

Birləşmiş Millətlər Təşkilatı (BMT) Şimali Koreyanı nüvə silahı və ballistik raket proqramlarını davam etdirməkdən çəkinməyə çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Xalid Xiari məlumat verib.

"Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq nüvə silahları və ballistik raket proqramlarını davam etdirmək niyyətini davamlı olaraq nümayiş etdirir", - Xiari deyib.

Qeyd edək ki, bu gün Şimali Koreya nüvə silahının artırılması ilə bağlı konstitusiya dəyişikliyini qəbul edib.